F-1.az xatırladır ki, isveçrəlilər son illərdə maliyyə cəhətdən çətinliklərlə üzləşiblər və bu il də Sauber eyni problemlərə görə bolidi təkmilləşdirə bilmir. Sauber və Manor komandaları bu il hələ də xal qazana bilməyiblər.
Kaltenborn Formula1-in rəsmi saytına müsahibə verib və bildirib ki, çətin günlərin nə zaman bitəcəyini bilmir: “Sizə bu barədə dəqiq heç nə deyə bilmərəm, amma bu vəziyyətdən bacardıqca tez çıxmaq istəyirik.
Bu bizim kimi çətin vəziyyətdə olan digər komandalara da kömək edəcək, çünki bu cür problemləri olan yeganə komanda biz deyilik. Xüsusi komandaların xeyrinə olan sahələr üzrə işləməliyik.
Bilirsiniz ki, mən komanda rəhbəri kimi kommersiya üzrə danışıqları hamıya danışa bilmərəm və bu barədə dəyişiklik olmayacaq.
Bəli, həyat asan deyil. Bu doğrudur və digər komandalar kimi bizim də ciddi problemlərimiz var. Ancaq problemləri həll etməyə çalışırıq və ən vacibi budur. Ümid edirik ki, bu vəziyyəti tezliklə həll edəcəyik”.