M.Kaltenborn: “Maliyyə məsələlərinə yenidən baxılmalıdır”

Sauber komandasının rəhbəri Monişa Kaltenborn komandalar arasındakı maliyyə bölgüsündən şikayət edib və bildirib ki, bunu Liberty Media düzəltməlidir.

F-1.az xatırladır ki, Ferrari, Mercedes, McLaren, Red Bull və Williams mövsümü neçənci yerdə bitirmələrindən asılı olmayaraq, ümumi mükafat fonundan əlavə bonus gəlirlər əldə edirlər.

Formula1-in idman rəhbəri Ross Braun da bildirmişdi ki, bu mövzu ilə maraqlanmağı planlaşdırırlar, amma əvvəlki müqavilələrə görə, 2019-cu ilin sonuna qədər komandalar həmfikir olmayacağı təqdirdə heç bir sanksiya tətbiq edə bilməzlər.

Monişa Kaltenborn: “Ümid edirəm ki, bu sistem 2020-ci ilə qədər belə davam etməz. Bu idmana bu qədər investisiya qoyan və pul xərcləyən insanların bir şeyi dəyişdirmək üçün 2020-ci ilə qədər gözləyəcəklərini düşünmürəm. Hazırda heç də ədalətli olmayan sistemlə üz-üzəyik. Maliyyə qeyri-bərabərliyini tezliklə həll etməliyik. Əgər idmanda rəqabəti artırmaq istəyirlərsə, birinci buna müdaxilə etməlidirlər. Ümid edirəm ki, bu problem tezliklə həll olunar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*