M.Kaltenborn: “Hədəfimiz xal qazanmaqdır”

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, mövsümün ilk yarışından sonra xal ala biləcəklərinə inanır.

F-1.az xatırladır ki, isveçrəlilər ilk yarışda Antonio Covinatsi ilə 12-ci olmuşlar.

Monişa Kaltenborn: “Məncə, xal almaq real hədəfdir. Bu mühərriyi tanıyırıq və bilirik ki, ən yaxşı performansda necə istifadə etmək olar. Şassimizi də təkmilləşdirərək, xal uğrunda mübarizə apara bilərik. Təbii ki, keçən ilin mühərriyindən istifadə etdiyimiz üçün bəzi yarışlarda çətinlik çəkəcəyik, amma bəzilərində bu fərq elə də çox hiss olunmayacaq. Keçən ilə nisbətən rəqiblərimizlə fərqi azaltmışıq. Əgər inkişafa bu sürətlə davam etsək, mövsüm ərzində bir neçə gözəl nəticə göstərə bilərik. Amma bunun üçün bütün detalları bir yerə gətirmək lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*