M.Kaltenborn: “Gələcəyimiz sürücülərdən asılı deyil”

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, güclü sponsorları olan Nasr və Erikssonu itirməkdən qorxmurlar...

F-1.az xatırladır ki, hər iki sürücünün də Sauber komandası ilə müqaviləsi mövsümün sonunda bitir və Nasrın adı Renault ilə, Erikssonun adı isə Force İndia komandası ilə hallanır.

Monişa Kaltenborn: “Gərgin deyilik. Artıq komandanın gələcəyi ilə bağlı heç bir problem yoxdur və gələcəyimiz heç kəsdən asılı deyil. Amma iki güclü sürücü yaxşı sponsorlarla gəlsə, buna heç kəs “yox” deməz. Bu, komanda üçün yaxşı haldır. Komandaya gələn sürücü üçün də…

Alternativlərimiz var və onları dəyərləndiririk. Markus və Felipe də onların arasındadır”.

Kaltenborn bildirib ki, onlar Erikssonun sponsorlarını itirməkdən qorxmurlar: “Bir-biri ilə əlaqəsi olmayan iki şey var. Əgər başqa komanda Erikssonu istəyirsə, danışıqlar aparmaqda sərbəstdir və onsuz da aparır. Longbow ilə şərtlərin necə olacağını bilmirəm. Amma dediyim kimi, bir qapı bağlansa, digəri açılır”.

Kaltenborn əlavə edib ki, sürücülər barədə qərar vermək üçün digər komandaları gözləməyəcəklər: “Hələ sürücülərimizi açıqlamamışıq. Fərqli alternativlərimiz var. Təbii ki, bazardakı hadisələri izləyirik və bu, bizim seçimlərimizə təsir göstərir. Amma biz müstəqil qərar verəcəyik.

Bu məsələni tezliklə həll etmək istəyirik. Hər şey tez zamanda baş verə bilər. Seçimimiz çoxdur, amma prioritet yoxdur”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*