M.Kaltenborn: “Ferrari-nin hegemonluğu daha yaxşı olardı”

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, Ferrari-nin idmanda hegemonluq etməsi Mercedes-dən daha yaxşı olardı.

F-1.az xatırladır ki, Ferrari 1950-ci ildən bəri çempionatda iştirak edən yeganə komandadır. Amma “şahə qalxan atlar” Formula1 tarixinin ən çox qələbə və yarış qazanan komandası olsalar da, son Mühəndislər Kubokunu 2008-ci ildə, son sürücülər kubokunu isə 2007-ci ildə əldə ediblər. “Qırmızılar” son illərdə enişli-yoxuşlu günlər yaşayırlar və son yarış qələbələrini də 2015-ci ildə qazanıblar.

2010-2013-cü illərdə Red Bull, 2014-2016-cı illərdə isə Mercedes rahatlıqla Dünya Çempionu titulunu qazanıblar, amma Formula1 bu müddətdə çox azarkeş itirib.

Monişa Kaltenborn: Əlbəttə bir neçə komanda çempionluq uğrunda mübarizə aparsa, idman daha yaxşı olardı. Mercedes mükəmməl mühərrik düzəltdi, amma uğur təkcə buna görə gəlmədi. Yaxşı aerodinamik paketləri var, amma hegemonluqları Formula1 üçün yaxşı deyil. Amma Ferrari-nin hegemonluğu Formula1 üçün zərərli deyil. Onların fanları çoxdur və buna görə də idmana maraq azalmayacaq.

2017-ci il digər komandaların Mercedes-ə çatması üçün yaxşı fürsətdir. Amma rəqiblərin Mercedes-in mühərriyinə çatması 1-2 il vaxt alacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*