F-1.az xəbər verir ki, Monişanın ortağı Emili de Kombertdir. Komandanın adı KDC Racing olacaq. Komanda İsveçrə bayrağı altında mübarizə aparacaq , amma bazası Barselonada, Kataloniya trasının yaxınlığında yerləşəcək.
Monişa Kaltenborn: “Avtoidmana həvəsim var və həmişə belə olacaq. 20 ildir ki, avtoidmanda yüksək vəzifələrdə işləmişəm və məntiqlisi davam etməkdir. Formula4 yeni seriyadır və burada potensial görürəm. Xüsusən də gənc istedadları yetişdirmək mənə həzz verir. Formula4-də gələcəyin çempionlarını görürük”.