F-1.az xatırladır ki, Berni Ekklstoun keçən həftə Formula1-dəki rəhbər vəzifəsindən uzaqlaşdırılmış və onu Çeys Keri əvəz etmişdi.
Hazırda peletonda kiçik komandalardan sayılan Sauber komandası Liberty Media-nın gəlişindən sonra bu statusdan qurtulmaq istəyir.
Monişa Kaltenborn: “Berni Ekklstounun ayrılması Formula1 üçün dönüş nöqtəsi ola bilər. Bizim daha çox fürsətimiz olacaq. Hər mövzu ilə bağlı qərarları sonda özbaşına verən bir adamın idmandan ayrılması gözəl xəbərdir. İdmandakı digər əsas məsələ isə azarkeşlərə yaxın olmaqdır. Artıq bu məsələ də həll olunub. Ümumilikdə hər şey hələki qaydasında görünür, amma işlərin birdən-birə düzələcəyinə inanacaq qədər sadəlövh deyiləm. Bunun üçün vaxt lazımdır, amma işlərin sonda düzələcəyinə inanıram”.