F-1.az bildirir ki, komandanın rəhbəri Monişa Kaltenborn yarışı sona qədər çox böyük həyəcanla izlədiyini deyib.
Monişa Kaltenborn: “Bu xallar bizə çox lazım idi! Lakin qarşıda hələ bir yarış da var və tələsmək lazım deyil. Arxayınlaşmaq olmaz. Bəzən kiçik uğurlara ehtiyac olur. Biz bu gün hər şeyi düz etdik. Sürücülər işlərini yaxşı gördülər, komanda düzgün qərarlar qəbul etdi və bir qədər də bəxtimiz gətirdi – nəticədə, biz xallar qazandıq!
Pit divarında vəziyyət çox gərgin idi. Heç kim təsəvvür etmirdi ki, hadisələr belə inkişaf edəcək. Biz insidentlərdən qaçmağa çalışırdıq. Yarışa davam etməli və yarana biləcək hər bir şansdan istifadə etməli idik. Hər tərəfdən pressinq hiss edirdik”.