F-1.az xatırladır ki, Sauber komandası 2012-ci ildə güclü performans göstərərək, Serxio Peres və Komui Kobayaşi ilə bir neçə dəfə podiuma çıxmışdılar.
Amma isveçrəlilər 2014-cü ildə xal qal qazana bilmədilər. Keçən mövsümün əvvəlində yaxşı nəticələr qazanan Sauber komandası bu mövsüm də xal üzünə həsrət qalıb və xal ala bilməyən yeganə komandadır. Bu da o deməkdir ki, Sauber daha az pul mükafatı əldə edəcək.
Komandanın rəhbəri Monişa Kaltenborn bildirib ki, xal almaq üçün daha çox risk etməlidirlər: “Fərqli strategiyalar yoxlamalıyıq. Normal şərtlərdə xal almağımız çətin məsələdir. Strategiyalar bəzən işləyir. Məsələn, Ostin yarışı elə də pis deyildi. Sürücülərimiz düzgün iş gördülər və strategiya yaxşı işlədi. Bəzən qeyri-adi hallar baş verir. Belə hallardan faydalanmaq lazımdır.
2012-ci ili xatırlayıram. Həmişə risk etdik. Sıralanma turunda 16-18-ci yerləri tutub, podiuma yüksəlirdik. Belə işlər görməliyik. Əgər il ərzində bunu edə bilsəydik, daha çox xal qazana bilərdik. Məsələn, Bakıda belə strategiya seçsəydik, orada xallar ala bilərdik”.