F-1.az xatırladır ki, “qırmızlar” yarış tempində Red Bull-dan çox geridədirlər. Lakin Bəhreyndə sıralanma turunda Lekler rəqibi Ferstappenə yaxın performans göstərirdi.
Mark Jene: “Sıralanma turunda Red Bull-u məğlub edə bilərik. Əgər Şarl Bəhreyndə təkərləri qorumağı seçməsəydi, əminəm ki, poulda olardı. Onları məğlub etmək çətindir, amma hər şey yeni başlayıb. Bu sadəcə ilk yarış idi və önümüzdə uzun yol var”.