F-1.az xatırladır ki, ispaniyalı pilot bu il 4 yarışda da komanda yoldaşı Leklerdən geridə qalıb və onun yığdığının yarısı qədər – 20 xal – toplayıb.
Mark Jene: “Məncə, Karlos komanda dəyişən sürücülər arasında ən yaxşısıdır. Düzdür, Lekler vahid dövrədə güclüdür, lakin Karlos da tezliklə bu sahədə inkişaf edəcək. İspaniyada Karlosla Şarlın startları fərqli deyildi. Ancaq Sayns iki sürücündə ilişib qaldı.
Trasın çirkli tərəfindən başlamaq ikisi üçün də çətin oldu. Karlos həmişə yaxşı startlar alıb, amma bunu həmişə etmək mümkün deyil. İspaniyada bir az bəxti gətirmədi”.