F-1.az xatırladır ki, Frederik Vassyör gələn mövsümdən Ferrari komandasının rəhbəri olacaq.
Mark Jene: “Onun Formula1-də və avtoidmanda yaxşı təcrübəsi var. O, avtoidmanın içindən gəlir və təcrübəsi hesabına Ferrari-yə çempionluq qazandıra bilər.
Ferrari 2022-ci ilə yaxşı başladı və hər iki çempionatda lider idi. Daha sonra problemlər çıxdı, ancaq mövsümü ikinci yerdə bitirə bildi. İki Red Bull bolidindən birini geridə qoya bildi. Nəticələr pis olmasa da, gözləntilərin gerisindədirlər. Çünki burada yeganə hədəf qələbədir. Ferrari-nin genlərində bu var”.