F-1.az xatırladır ki, Ferrari mövsümün ilk yarısında 4 qələbə qazansa da, ikinci yarıda bəzi yarışlarda Mercedes-dən belə geridə qalıb və qələbə qazana bilməyib.
Mark Jene: “Mövsümün son yarışından sonra Ferrari-də yüksək ruh yüksəkliyi var. Mühəndislər Kubokunda Mercedes-dən öndə olsaq da, son yarışı yaxşı keçirməli idik və bunu bacardıq. Lekler əla yarışdı, bütün komanda yaxşı işlədi, qüsursuz pit-stoplar etdilər və yaxşı strategiya qurdular.
Düzdür, ikinci yeri insanlar xatırlamırlar, amma bu nəticə Maranellodakı işçilərin əhvalını yüksəltdi. Əbu Dabidə Red Bull-la mübarizə apardıq və onların bir maşınını qabaqladıq və bu uğurdur.
Bu il səhvlərimiz oldu. Xüsusən də etibarsızlıq problemlərimiz bizi çox geriyə saldı. Yenə də əsas məqsədimiz əvvəlcə sürət, sonra etibarlılırdır. Mövsümün ikinci yarışında maşınlarımız etibarlı idi”.