F-1.az xatırladır ki, Ferrari komandası qış testlərinin yekununda ilk iki yeri tutmuşdu. Qeyd edək ki, Mercedes komandası V6 mühərriklərin dövründə 59 yarışda 51 qələbə qazanıb.
Mark Jene: “13 ildir ki, Ferrari-nin heyətindəyəm və bunu deyə bilərəm ki, keçirdiyimiz ən yaxşı test oldu. Sürücülər də xoşbəxt görünürlər. Bolidimiz etibarlıdır və güclüdür. Bu mövsüm reqlament dəyişdi və bolidlər daha da sürətləndi. Böyük ehtimalla əksər traslarda rekordlar qırılacaq”.