M.Jene: Ciddədə güclü ola bilərik

Ferrari komandasının səfiri Mark Jene düşünür ki, komanda Səudiyyə Ərəbistanında daha güclü ola bilər.

F-1.az xatırladır ki, Red Bull komandası mövsümün ilk yarışı Bəhreyndə ilk iki yeri tutduğu halda, Ferrari yarışı bir maşınla bitirib. Katlos sayns lider Ferstappendən 48 saniyə geridə qalaraq, 4-cü olub.

Mark Jene: “Bu hal trasdan asılı ola bilər. Ferrari düzlüklərdə daha güclü görünür. Aston və Mercedes-ə qarşı yaxşı mübarizə apardıq. Keçmişdə Ferrari bu cəhətdən zəif idi.

Ciddə mənim üçün çox vacibdir, çünki sürətli trasdır. Bolidlərimiz orada çox güclü ola bilər. Bu mənim şəxsi fikrimdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*