M.Jene: “Alonso qayıdacaq, amma…”

Ferrari komandasının test sürücüsü Mark Jene bildirib ki, Fernando Alonso 2020-ci ildə Formula1-ə qayıda bilər.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu Fernando Alonso 2018-ci ilin sonunda Formula1-dən ayrılıb. Lakin bəzi iddialara əsasən ispaniyalı əfsanə gələn il idmana qayıda bilər.

Mark Jene
: “Məncə, qayıdacaq. Amma Ferrari ilə yox. Bu, mümkünsüzdür. Toyota ilə müqaviləsini yeniləmədi. Qərar vermək üçün sərbəst qalmaq istədi. Amma qələbə qazana biləcəyi komanda tapsa, geri qayıdacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*