F-1.az xəbər verir ki, Pirelli Motorsport-un rəhbəri yarışda hər 3 tərkibdən istifadənin mümkünlüyündən bəhs edib.
Mario İzola: “Albert Parkda həmişə olduğu kimi, asfaltın vəziyyəti çox tez dəyişir, xüsusən də seansların əvvəlində. Bu gün də istisna olmadı. İkinci məşqlərin startından az sonra yağış yağmağa başladı ki, bu da vəziyyəti daha da çətinləşdirdi – komandaların təkərlərin tam qiymətləndirilməsi üçün zəruri olan uzun dövrələr seriyası üzərində işləmək imkanı olmadı. Məhz buna görə də Melburna qədər görülən hazırlıq işləri xüsusilə strategiya variantlarına gəldikdə böyük əhəmiyyət kəsb edir.
Hal-hazırda müşahidələrimizə görə, hər üç tərkib sürətdə planlaşdırılan fərqi təmin edərək, gözlədiyimiz kimi davranır. Hər üçündən yarışda istifadə oluna bilər və bu, mümkün strategiya seçimlərində geniş spektr yaradır.
Təsnifat mərhələsinə qədər bir məşq qalıb ki, bu müddət ərzində sürücülər hələ imkan tapmadıqları uzun dövrələr seriyasında işləmək imkanı əldə edəcəklər. Hava da yaxşılaşmalıdır – bu, həftəsonu növbəti günlərdə daha bir maraqlı amil olacaq”.