M.İzola: “UltraSoft təkərləri işlətmək vacib olacaq”

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Macarıstan yarışında UltraSoft təkərləri işlətmək vacib olacaq.

F-1.az xatırladır ki, Pirelli şirkəti Hunqarorinq trasındakı yarış üçün Medium, Soft və UltraSoft təkərləri gətirib.

Mario İzola: “Macarıstanda yarışın taleyini əksər hallarda sıralanma turu təyin edir. Buna görə də UltraSoft təkərlərin isti trasda performansı maraqlı olacaq. Onları anlasalar, uğurlu yarış strategiyası qura bilərlər. Bu mövsüm üçüncü dəfədir ki, təkər dəstləri ardıcıl olmur. Belə olan halda təkərlər arasında performans fərqi çox olacaq və fərqli strategiyalar görəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*