F-1.az xəbər verir ki, Pirelli Motorsport-un rəhbəri Mario İzola yeni tərkiblər barədə danışıb.
Mario İzola: “Biz bu gün nəticələrə baxdıq və deyə bilərəm ki, keçənilki analoji sessiyadakı nəticələrlə beş saniyəlik fərq var. Hələ ki, Soft və SuperSoft, SuperSoft və UltraSoft tərkibləri arasında 0.7 saniyəlik fərq olduğunu görürük. Bu fərq Barselonada 0.3-0.5 saniyə idi.
İndi isə təkərlərin ömrünün nə qədər olduğunu öyrənməliyik. Əlbəttə, aşınma səviyyəsi bir il əvvəlki ilə müqayisədə çox aşağıdır. Biz bunu bilməliyik və təkər seçimlərində nəzərə almalıyıq”.