M.İzola: “Tələb olunarsa, daha uzunömürlü təkərlər hazırlaya bilərik”

Formula1-in təkər təchizatçısı olduğu gündən bəri qısaömürlü təkərlər istehsal edən Pirelli dəfələrlə tənqid atəşinə tutulub. Formula1 rəhbərliyi tez aşınan təkərlərə yarışların daha maraqlı keçməsi üçün üstünlük verir.

F-1.az xatırladır ki, Aleks Vürs də bir müddət əvvəl pilotların Pirelli-dən daha dözümlü təkərlər istədiklərini bildirmişdi.

Şirkətdən isə əgər Formula1 rəhbərliyi və pilotlar istəyərsə, daha dözümlü təkərlər istehsal edə biləcəkləri bildirilib.

Mario İzola: “Həmişə dediyimiz kimi, biz Formula1-in bizdən istədiyini edirik. Gələcəkdə tam fərqli bir şey itəsələr, onu da edərik. Bu seçim onlardan asılıdır.

Bir-birindən fərqlənən 18-dən çox çempionatda işləyirik. GP2-də tez aşınan təkərlərə ehtiyac var. GT yarışlarında isə bizdən ikiqat davamlı təkərlər tələb edirlər. Hər yarışın öz xarakteristikası var və bizim də hədəflərimiz hər çempionatda fərqli olur”.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*