F-1.az bildirir ki, sabah yarışda da havanın belə olması gözlənilir, lakin təkərlərin aşınmasını qiymətləndirmək çətindir, çünki sürücülər uzun məsafəni hələ sabah qət edəcəklər.
Mario İzola: “Bu günün ən gözəl nəticəsi keçənilki poul nəticəsini üstələməyimizdir. Altı sürücü 77 saniyənin altına düşə bildi. Asfaltın temperaturu +50 dərəcəni keçir. Biz sabah bir və ya iki pit-stop gözləyirik. Aşınma dərəcəsini sabah yarışda qiymətləndirə biləcəyik.
Tək pit-stoplu strategiyada SuperSoft-la başlayan sürücülərin 33-cü dövrədə Soft-a keçmələrini, iki pit-stoplu strategiyada isə 24-cü dövrədə Soft-a, 55-ci dövrədə yenidən SuperSoft-a keçmələrini gözləyirik”.