F-1.az xatırladır ki, Pirelli şirkəti Pol Rikardakı yeni asfalt qatına görə Fransaya fərqli tərkibli təkərlər aparıb.
Mario İzola: “Yeni trasda dəyişkən külək var. Amma havanın sərinləşməsi gözlənilir. Trasda 50 dərəcə temperatur var. Buna görə də təkərlərin işləmə aralığı qaydasında görünürdü. Amma UltraSoft təkərlər daha yaxşı performans göstərdi. Buna görə də yarış strategiyasında 3 tərkibdən də istifadə oluna bilər. Gtdikcə vəziyyəti anlayacağıq. Bura hələ yenidir. Buna görə də yeyilmə və dağılma amillərini görmək vacib idi. İndiyə qədər görmədik”.