F-1.az xatırladır ki, Mario ən ideal variantın Medium-Hard kombinasiyalı tək pit-stop olduğunu demişdi.
Mario İzola: “Strategiya və təkər performansı baxımından üçüncü Səudiyyə Ərəbistanı Qran Prisi gözlədiyimiz kimi keçdi. Sürücülərin 80%-i təhlükəsizlik maşınının trasa çıxacağı halda maksimum çevikliyə imkan verən Medium-da yarışa başladı. Lənd Stroll yarışı dayandırdıqdan sonra TM çıxdı, bəziləri artıq pit-stop etmişdi, digərləri isə təkərləri dəyişmək üçün bu fürsətdən istifadə etdi. .
Tərkiblər arasında sürət və deqradasiya fərqi də gözləntilərə uyğun idi. Medium və Hard təkərləri demək olar ki, köhnəlməyib, Soft təkərlər isə bir az aşınıb – Şarl Lekler yarışın əhəmiyyətli hissəsini bu tərkiblə keçirən yeganə sürücü olub.
Asfaltla az ilişmə, hətta təhlükəsizlik maşınından əvvəl Hard-a keçən sürücülər finiş xəttinə qədər onlarla davam etdi və son dövrələrdə möhtəşəm ötmələrə imza atdılar. Orta təkərlər də stabillik nümayiş etdirdi”.