M.İzola: “SuperHard təkərlər lazım olmayacaq”

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, SuperHard təkərlərdən çox istifadə etməyəcəklər.

F-1.az xatırladır ki, HyperSoft təkərlərin debütü əvvəlcədən məlum olduğu halda, SuperHard təkərlərin istehsalı hamını təəccübləndirmişdi.

Mario İzola: “SuperHard təkərləri istehsal etməyimizin sadə səbəbi var. Bu, bizim üçün siğortadır. Onsuz da bunu istehsal edərkən bilirdik ki, komandalar az istifadə edəcəklər. Hazırkı bolidlər təkmilləşməyə açıqdır və bu inkişaf mübarizəsinin hara qədər davam edəcəyini bilmirik. Buna görə də hər cür vəziyyətə hazır olmalıyıq. SuperHard təkərlərə indi ehtiyac olmasa da, buna hazır olmalıyıq. Gələn il çoxlu təkərlərin olması fərqli strategiyalara kömək edəcək. Beləliklə, bəzi darıxdırıcı yarışların qarşısını ala bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*