Mario İzola: “Sərbəst yürüşlər sürprizsiz ötüşdü. Gətirdiyimiz hər üç tərkib gözlədiyimiz nəticələri verdi. Uzunluğu az olan bu trasda tərkiblər arasındakı fərq hesabladığımızdan bir qədər aşağı oldu. Yarışda kim tək pit-stoplu strategiya seçəcəksə, onlardan istifadə edə bilər.
Yeri gəlmişkən, sürücülər bu dəstdən az sayda sifariş veriblər, buna görə də bəziləri onları yarış üçün saxlayır. Havanın necə olacağı sual altındadır və qeyri-müəyyənlik yarışın sonuna qədər strategiyalara təsir edəcək”.