M.İzola: “Soft təkərlər SuperSoft qədər effektivdir”

Kanadada dünən səhər baş tutan məşqlər zamanı tras tozlu olub. İkinci sessiyada vəziyyətin düzəlməsi ilə sürətlər də artıb, lakin sürücülərin yerində fırlanmaları azalmayıb. Jil Vilnöv adına trasın asfaltı çox aldadıcıdır...

F-1.az bildirir ki, Pirelli nümayəndələrinin fikrincə, burada Soft tərkiblər ən azı SuperSoft tərkiblər qədər səmərəlidir və biz onları həftəsonu ərzində yenə görə bilərik.

Mario İzola: “Sərbəst yürüşlər gözlədiyimiz kimi keçib – Soft və SuperSoft təkərlər arasında fərq çox deyil. Hər iki tərkibin UltraSoft tərkiblə fərqi 1 saniyədən azdır. Asfaltın vəziyyəti bu dəfə həmişə olduğundan daha dəyişkən idi – səhər seansında toz qatı var idi. Burada təkərlər adətən tez çirklənir və aşınır, lakin biz hələ 2017-ci ilin təkərlərində bunu görməmişik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*