F-1.az xatırladır ki, Pirelli keçən il gecyeyilən təkərlər istehsal etmişdi, amma komandalardan gələn sərt reaksiyalara görə bu il üçün daha yumşaq tərkiblər hazırlayıb.
Mario İzola: “Ötmələr fərqli şeydir. Çünki ötmələr hazırkı bolidlərlə çətindir. Gec əylənməyin də təsiri var. Sürətlər artanda ideal trayektoriya da daralır. Buna görə də təkərlərin yeyilməsini artıraraq ötmələri artırmaq istəyirik. Daha çox dövrə vurmuş təkərlərdə performans fərqi olacaq. Amma yeyilməni həddən artıq etmək istəmirik. Yoxsa sürücülər maksimumda gedə bilmədikləri üçün məyus olurlar. Ötmə edərkən güc itirsələr, şou üçün də yaxşı olmaz. Bu balans üzərində işləmək çətindir. Amma təkərlərin çox qızmasını əngəlləmək istəyirik. Sürücülər buna nifrət edirlər, çünki performans itirirlər”.