M.İzola: Monakoda yeni yağış təkərləri debüt edə bilər

Pirelli Monakoya ən yumşaq üçlüyü - C3, C4 və C5 təkərlərini gətirməyi planlaşdırır. Lakin yarış günlərinə yağış proqnozlaşdırılıb.

F-1.az bildirir ki, bu da italyan təkər təchizatçısına İmolada boşan çıxan planını icra etməyə – yeni yağış təkərlərini sınaqdan keçirməyə imkan verə bilər.

Mario İzola: “Biz Monakoya heç də gözlədiyimiz əhval getmirik. İtaliyadakı dağıntıların şəkilləri hələ də yaddaşımızda təzədir, biz qurbanların ailələri və bütün qurbanlarla həmrəy olduğumuzu bildirmək istəyirik.

Monakoda yarışın Formula1 tarixində öz xüsusi yeri var. 60 ildən artıqdır ki, demək olar ki, dəyişməz qalan bu trasın xüsusiyyətləri onu həqiqətən unikal edir. Monakoda həmişə sürprizlər olur. Başqa heç bir trasda sürücü öz məharəti ilə maşının texniki qüsurlarını kompensasiya edə bilməz və bircə hadisə vəziyyəti tamamilə dəyişə bilər.

Ötmə çətinliyinə görə yarış həmişə möhtəşəm olmur, bu da şənbə günü keçirilən sıralanmanı daha da maraqlı edir – start mövqeyi yarışın nəticəsi üçün açar rolunu oynayır. Küçə traslarında tez-tez olduğu kimi, Pirelli Monakoya ən yumşaq təkərləri gətirəcək. Həftə sonu hər axşam tras şəhər nəqliyyatı üçün açılır – bu, Monakonun xüsusiyyətlərindən biridir. Nəticədə tras işlənmiş rezinlə örtülmür və sürüşkən olur. Proqnozlara görə, Imola ləğv edildikdən sonra yeni Cinturato Blue yağış təkərləri Monakoda debüt edə bilər.”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*