M.İzola: Melburnda fərqli strategiyalar olacaq

Pirelli Avstraliya Qran Prisinə orta üçlüyü - C2, C3 və C4 tərkiblərini gətirəcək.

F-1.az xəbər verir ki, şirkətin idman bölməsinin rəhbəri bu təkər dəstlərinin komandalara daha müxtəlif strategiya seçimləri verəcəyini bildirib.

Mario İzola: “Biz 2019-cu ildə Avstraliya Qran Prisinə eyni tərkibləri gətirdik. Sonra Covid-19 pandemiyası səbəbindən iki illik fasilə oldu və keçən il biz yeni təcrübəyə əl atdıq – C2 və C3 tərkibləri ilə birlikdə daha yumşaq olan C5-ləri gətirdik. Şarl Lekler yarışı tək pit-stopla qazandı, bütün komandalar Hard və Medium şinlərindən istifadə etdilər, Soft-lara isə yalnız təsnifat mərhələsində müraciət edildi.

Bu həftə sonu komandaların ixtiyarında C2, C3 və C4 təkərləri olacaq ki, bu da nəzəri cəhətdən fərqli strategiya variantları üçün daha çox imkanlar açır. Melburn üçün xarakterik olaraq, həftəsonu trasın vəziyyətinin sürətlə yaxşılaşacağını gözləyirik. Albert Parkda təkərlərin yüklənməsi orta səviyyədədir və trasın özü keçən ilki modifikasiyalardan sonra daha hamar və sürətlidir ki, bu da ötmələrin sayını və yarışın baxımlılığını artırmağa kömək etməlidir”.

Pirelli Australian GP review

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*