M.İzola: Maraqlı başlanğıc oldu

Pirelli-nin yarış bölməsinin rəhbəri Şpilberqdə cümə gününün nəticələrindən məmnundur.

F-1.az xəbər verir ki, Marionun fikrincə, həftəsonunun başlanğıcı maraqlı alınıb.

Mario İzola: “Mövsümün ikinci sprint həftəsonu çox maraqlı keçir, təsnifat mərhələsinin birinci hissəsində bütün iyirmi sürücünün nəticələrini cəmi 0.9 saniyə ayırdı. Təkərlərin performansına gəlincə, böyük sürprizlər olmadı: poul nəticəsi bizim proqnozlarımıza yaxın idi və kompozisiyalar arasındakı fərq hesablamalara uyğun idi – Hard və Medium arasında yarım saniyə, Medium və Soft arasında 0.4 saniyə.

Formula3 və Formula2-nin səhər sessiyaları sayəsində ilk məşqdə trasın vəziyyəti çox yaxşı idi. Təsnifat mərhələsində asfaltın temperaturu 52-dən 38 dərəcəyə düşdü, buna görə də onun ideal vəziyyəti deyildi.

Şənbə günü proqnoza əsasən, sprint yarışı zamanı yüksək yağış ehtimalı var, baxmayaraq ki, əvvəllər gözlənilən qədər güclü olmaya bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*