F-1.az xatırladır ki, polşalı sürücü Williams komandası ilə Pirelli-nin testlərində iştirak etsə də, britaniyalılar sonda gənc və perspektivli Sergey Sirotkini transfer ediblər.
Mario İzola: “Robert təcrübəli və peşəkar sürücüdür. Uzun illər Formula1 bolidi sürə bilməsə də, belədir. Yaxşı instinkti var. Təkərin aşınması və performansı barədə bir neçə sual soruşdum və qəti cavablar verdi. Yeddi il ərzində bolidlər çox dəyişir. Təkərlər, asfaltayatma qüvvəsi və hər şey tamamilə dəyişir. Əslində o, 2011-ci ildəki qış testlərində təkərlərimizdən istifadə etmişdi. Ona görə Pirelli təkərlərindən istifadə etməyib ifadəsi doğru deyil. O vaxtı təkərlərə tez uyğunlaşmışdı. Onun tez bir zamanda hamıdan sürətli olmasını gözləyə bilməzsiniz. Ona bir az vaxt verin və əsl potensialını göstərsin. Onun güclü sürücü olduğuna inanıram”.