M.İzola: “Komandaların işi çətin olacaq”

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, təkər seçimləri ilə bağlı fərqli strategiyala gözləyir.

F-1.az xatırladır ki, Pirelli şirkəti Çin yarışına Medium, Soft və UltraSoft təkərləri gətirib. Beləliklə, italiyalı təkər istehsalçısı ilk dəfə bir yarışa ardıcıl tərkibləri gətirməyib.

Mario İzola: “Çində fərqli davranaraq SuperSoft təkərlərin əvəzinə UltraSoft təkərlər gətirmək qərarına gəldik. Belə olan halda komandalar da fərqli strategiyalardan istifadə edə bilərlər. Yarışa həyəcan da qata bilərik. Sıralanma turunda da fərqli seçimlər görə bilərik. Komandalar indidən strategiya barədə düşünürlər. Hamı bu həftəsonundan həzz alacaq. Çində havanın dəyişkən olması da işləri dəyişdirə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*