M.İzola: “Komandalar gələn il bir-birlərinə yaxın olacaqlar”

Pirelli şirkətindən Mario İzola bildirib ki, 2017-ci ildə bütün komandaların asfaltayatma qüvvəsi bir-birlərinə yaxın olacaq və bu, işləri asanlaşdırır...

F-1.az xatırladır ki, Pirelli 2017-ci ilin bolidlərinin asfaltayatma qüvvəsi səviyyəsinə yaxın bolidlərlə təkərləri test edir.

Mario İzola: “İlkin proqnozları aldığımızda komandalar arasında fərq çox idi. Daha sonra simulyatorlara baxdıq və komandalar üçün bir model hazırladıq. Komandalar işləməyə davam edərək, bizə yeni proqnozlar verdilər. İndi komandalar arasında daha az fərq var. 2017-ci ilin əvvəlindəki performansları düşünsək, yaxşı proqnoz olub. 2017-ci ilin sonu üçün də proqnozlar var. Tamamilə yeni bir bolidlə birillik inkişafı hesablamalıyıq. Buna görə də, 2017-ci ilin sonu üçün gözlənilən fərq çoxdur. Amma mövsümün əvvəlinə olan proqnozlar oxşardır. Hazırda simulyatorda toplanılan məlumatlar 0.1 saniyədən çox fərq olacağını deyirlər. Amma biz 1-2 saniyəlik fərqin düzgün hesablama olduğunu düşünürük. Aralarında 5-6 saniyəlik fərq yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*