Mario İzola: “Əvvəllər Hunqarorinqdə ötmələr asan deyildi. Lakin yeni maşınlar və yeni təkərlər sürücülərə önündəkilərə təzyiq göstərmək imkanı verir. Biz artıq bol ötməli yarışlar görmüşük, ümid edirəm ki, Macarıstanda da belə olacaq. Hunqarorinqdə tez-tez sürücülərin sıx qruplar şəklində sürdüyünü dolambac trasdır. Adətən hava da çox isti olur, lakin son iki ildə yağış yağıb. Buna görə də, nəticə çıxarmağa tələsməməliyik. Biz artıq orada belə sürprizlər görümüşük, bu il də ola bilər”.
M.İzola: Hunqarorinqdə sürprizlər mümkündür
F-1.az bildirir ki, Pirelli Macarıstana mövsümdə beşinci dəfə orta üçlüyü, yəni C2, C3 və C4 tərkibləri gətirəcək. Keçən həftəsonu Fransada da bu kompozisiyadan istifadə edilmişdi.