M.İzola: “Fransada hamı var qüvvəsiylə sürəcək”

Pirelli Motorsport-un rəhbəri Mario İzola növbəti Fransa yarışında sürücülərin təkərləri yarışın sonuna qədər limitlərdə istifadə edə biləcəklərini deyib.

F-1.az xatırladır ki, italiyalı təkər istehsalçısı Pol Rikara C2, C3 və C4 tərkiblərini gətirib.

Mario İzola: “Bu həftəsonu üçün etdiyimiz təkər seçimləri keçənilki Soft, SuperSoft və UltraSoft tərkiblərə nisbətən mühafizəkardır. Beləliklə, sürücülər bütün yarış ərzində limitlərdə sürə bilərlər. Keçən il Barselona və Silverstounda olduğu kimi bu təkərlərdən istifadə etmişdik. Buna görə də onların necə təkmilləşdiyini görə biləcəyik. Trasın bəzi yerləri yeni asfaltlansa da, bunun performansa təsir edəcəyini zənn etmirik. Bu trasdakı ikinci yarışdır və komandaların əllərində məlumatlar azdır. Onlar da şəraiti öyrənməyə çalışacaqlar. Bu il Pol Rikarı testlər üçün istifadə etmişik. Lakin o zaman tras fərqli quruluşda idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*