M.İzola: Əbu Dabidə hamı arxa təkərlərə diqqət edəcək

F-1.az bildirir ki, Pirelli mövsümün son yarışına ən yumşaq üçlüyü gətirəcək - təkər istehsalçısı C3, C4 və C5 tərkiblərinin tras üçün uyğun hesab edir.

Mario İzola: “Əbu Dabidə mövsümün maraqlı sonluğunu görəcəyik. Trasda keçən ildən sonra dəyişikliklər edilib. Bu dəyişikliklərə baxmayaraq, komandalar daha yaxşı asfatla ilişmə əldə etmək üçün arxa təkərlərə daha çox diqqət yetirməyə davam edəcəklər. Əbu Dabi Qran Prisindən sonra  – çərşənbə axşamı komandalar təcrübəli sürücülərivə ya gəncləri cəlb edərək bütün gün ərzində 2023-cü ilin slikləri ilə işləyə biləcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*