M.İzola: Daha yumşaq təkərlər Azərbaycan yarışını maraqlı edəcək

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, daha yumşaq təkər dəstləri yarışa maraq qatacaq.

F-1.az xatırladır ki, Pirelli 2019-cu ildəki yarışa C2, C3 və C4 tərkibləri ilə gəlmişdi. Lakin italiyalı təkər istehsalçısı builki yarışa daha yumşaq olan C3, C4 və C5 tərkibləri gətirib. C5 Pirelli-nin bütün tərkibləri arasında ən yumşağıdır.

Amma əksəriyyət düçünür ki, C5 tərkibləri yarışda uzun getməyəcək. Buna görə də komandalar sıralanma turunda C4 təkər ilə son sessiyaya qalmağa çalışacaqlar, çünki əksər sürücülər yarışı bir pit-stopla bitirmək istəyir.

Mario İzola: “2019-cu ildə buraya C2, C3 və C4 təkərlərini gətirmişdik, amma heç kim C2 tərkibini yarışda istifadə eləmədi. Tək pit-stoplu strategiya seçərək, C3-dən C4-ə keçdilər. Bu il bu təkərlər Medium və Hard olacaq. C5 tərkib ilə fərqli strategiyalara yaşıl işıq yandırdıq. İnanıram ki, komandalar C3-dən C5-ə keçərək ya da əksini edərək, tək pit-stoplu strategiya seçəcəklər. C4-dən C5-ə keçid strategiyası barədə danışmaq üçün sərbəst yürüşləri gözləməliyik, çünki C4 ilə C5 arasındakı yeyyilmə fərqi çox azdır. C4 və C5 tərkiblərin tez dənlənməsini gözləyirik.

İki il əvvəlki yarışı düşündüyümüzdə tək pit-stoplu strategiya daha əlverişlidir, çünki iki pit-stoplu strategiya daha yavaş görünür. Ancaq gözləyək görək təkərlər burada necə yeyiləcək.

Burada Təhlükəsizlik Maşını çıxsa,hər şey dəyişəcək. Lakin normal yarışda hamı tək pit-stoplu strategiya ilə gedəcək. Pit yolunda çox vaxt itirmirlər. Bizim proqnozumuz 21 saniyədir. Yəni ki, tək pit-stop pit yolundakı vaxt itkisinə görə yox, trafikə görə olacaq.

Bakıda hava isti olacaq. Asfaltın temperaturu təxminən 50 dərəcəyə qədər yüksəlməlidir. Ancaq trasın tarixi hissələrində asfaltın böyük hissəsi günəşi görmür. Yəni ki, günəşon altında getdiyimiz uzun düzlüklərdən sonra kölgəli sahəyə keçirik. Bu kölgələrlə günəşli sahələrin arasında 20 dərəcə temperatur fərqi var. Bunu nəzərə almalıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*