F-1.az xatırladır ki, bu il McLaren Renault mühərriyinə keçib. Eyni zamanda, elə Renault komandasının da inkişaf etməsi və podium uğrunda mübarizə aparması gözlənilir.
Mario İzola: “Keçən il Ferrari Mercedes-ə yaxın idi və trasda gözəl mübarizə gördük. Yay fasiləsindən sonra isə Red Bull da mübarizəyə qoşuldu və bir neçə yarış qazandı. Bu il McLaren komandası da Renault mühərriyinə keçəcək və əminəm ki, mübarizə artacaq. Ümid edirəm ki, ön qrupda 5-6 komandanın mübarizəsini görərik.
Fernando Alonso Formula1 tarixinin ən güclü sürücülərindəndir. Əgər rəqabətədavamlı bolidi olsa, uğur qazana bilər. Keçən il bolidi təkmilləşdirə bilmişdilər. İndi isə fərqli mühərriklə yarış qazana bilərlər”.