M.İzola: “Bütün tərkibləri yenidən yığdıq”

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, ilk yarışda fərqli strategiyalar izləyə bilərlər.

F-1.az xatırladır ki, komandalar mövsümün ilk yarışı olan Avstraliyada Soft, SuperSoft və UltraSoft təkərlərdən istifadə edəcəklər.

Mario İzola: “Bəzi şeylərdən bixəbərik. Çünki Medium-dan başqa tərkiblərin hamısı yenidir. O da keçənilki Soft təkərlə eynidir. Soft, SuperSoft və UltraSoft təkərləri sıfırdan hazırladıq. HyperSoft isə bu il debüt edəcək. Keçən il Əbu Dabi və Barselonada testlər etdik. Amma bu testlərdə tərkibləri xırdalıqlarına qədər öyrənmək mümkünsüzdür. HyperSoft təkərləri isə istifadə edərək öyrənməliyik. Təkərlər eyni komandalarda istifadəsinə görə fərqli reaksiyalar verdi. Bunlar öyrənmə prosesidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*