F-1.az xəbər verir ki, Pirelli Motorsport-un rəhbəri Mario İzola gözlənilən isti havaya baxmayaraq, təkərlərin yaxşı işləyəcəyinə əmindir.
Mario İzola: “Builki Fransa Qran Prisi keçənilkindən demək olar ki, 1 ay gec keçiriləcək, buna görə də daha isti hava şəraiti gözlənilir. Cari mövsümdə istifadə olunan təkərlər keçənilki 13 düymlük təkərlərdən istiyə daha çox davamlıdır. Bunun strategiyalara necə təsir edəcəyini görəcəyik”.