M.İzola: Braziliyada adətən çox ötmə olur

San Pauloda keçən il olduğu kimi, bu il də sprint yarışı olacaq və Pirelli buraya C2, C3 və C4 tərkiblərini gətirir.

F-1.az xəbər verir ki, italyan təkər istehsalçısının rəhbəri şirkətin qarşıdan gələn yarış həftəsonunu gözlədiyini bildirib.

Mario İzola: “Növbəti həftəsonu Monako və Meksikadan sonra ən qısa dövrəli yarışı keçirəcəyik. Bizi sürətli və orta sürətli döngələrdən ibarət, saat əqrəbinin əksi istiqamətində olan tras gözləyir. Sürətlənmə və əylənmə zamanı təkərlər yüksək təzyiqə məruz qalmır, çünki asfalt çox hamardır və yavaş döngələrin olmaması arxa təkərlərə nəzarəti asanlaşdırır.

Braziliya mövsümün son sprint yarışına ev sahibliyi edəcək. Yeni nəsil maşınlarla bu trasda hadisələrinnecə inkişat etdiyini görmək maraqlı olacaq. Strategiya yenə də əsas rol oynamalıdır. Keçən il şənbə günü startda sürücülərin yarısı Soft, yarısı Medium təkər taxmışdı. Dövrənin qısa olmasına baxmayaraq, adətən ötmə çox olur. Keçən il Lyuis Həmilton iki pit-stopla 10-cu yerdən başlayafraq qalib gəldi. Deyəsən, yeni maşınlar və təkərlərlə bu il daha maraqlı yarış izləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*