M.İzola: “Bakı trası haqqında məlumatımız olmadığı üçün…”

Pirelli şirkətinin yarış direktoru Mario İzola bu gün bildirib ki, Bakı avtodromu haqqında məlumatın kifayət qədər olmadığı üçün şirkət Avropa Qran Prisinə UltraSoft (ultra yumşaq) təkərləri gətirməyəcək.

F-1.az xatırladır ki, Pirelli şirkəti bir neçə gün əvvəl bu ilin iyun ayında ölkəmizdə keçiriləcək ilk Formula1 yarışına Medium, Soft və SuperSoft tərkiblərini gəticəyəini bəyan etmişdi…

Mario İzola: “Biz Bakı trasının asfalt örtüyü haqqında məlumat toplaya bilmədik, çünki hələ bu asfalt örtüyü heç döşənməyib. Bilirsiniz ki, təkər seçimində asfaltın codluğu vacib rol oynayır, çünki təkərin yeyilməsinə birbaşa təsir edir. Bəlkə də Soft, SuperSoft və UltraSoft seçimi daha optimal olardı, amma biz yalnız avtodromun ümumi sxeminə və komandaların simulyasiyalarına etibar etməli olduq. Ultra yumşaq təkərləri əlimizdə əlavə məlumatlar olmadan seçə bilmərik, bu seçim komandalar üçün risk ola bilər”.

İzola Barselonada keçən həftə başa çatan mövsümöncəsi testlərin yekunlarına görə UltraSoft tərkibi barədə nəticə çıxarmağa tələsməməyə çağırıb…

Mario İzola: “Unutmayın ki, Barselona trası həm SuperSoft, həm də UltraSoft təkərlərinə uyğun gəlmir. Testlərdə toplanmış məlumatları təhlil edərkən, yadda saxlamaq lazımdır ki, bu il bu 3 ən yumşaq təkər tərkibi Sinqapur, Əbu Dabi və Monte Karlo kimi traslarda istifadə olunacaq”,

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*