M.İzola: “2018-ci ilin təkərləri bir qədər yumşaq olacaq”

Cari mövsümdə komandalar əksər yarışlarda tək pit-stoplu strategiyalardan istifadə ediblər. Çünki təkərlərin aşınması azdır və uzun məsafələr qət etməyə imkan verirlər.

F-1.az xəbər verir ki, Pirelli Motorsport-un rəhbəri Mario İzola mövcud vəziyyətin ürəkaçan olmadığını etiraf edib və gələnilki tərkiblərin nisbətən yumşaq olacaqlarını bildirib.

Mario İzola: “Biz təkərlərin aşınmasını keçən illə müqayisədə azaltmışdıq. Lakin nəticə gözlədiyimizdən daha böyük oldu. Buna görə də, gələn il üçün fərqli addım atacağıq və tərkibləri daha yumşaq hazırlamaq niyyətindəyik. Yeni təkərlərin asfaltla ilişməsi bizi qane edir və onlarla səmərəli işləmək mümkündür. Biz tərkiblər arasında fərqlərin daha böyük olması üçün onları modifikasiya etmək barədə düşünürük. Gələn ilin Hard təkərinin tərkibi builki Medium-un tərkibinə çox yaxın olacaq və beləliklə, bütün tərkiblərdən mövsüm ərzində daha geniş istifadə olunacaq”.

Mövsümün gedişində Pirelli-yə növbəti ilin təkərlərini yoxlamaq üçün 25 test günü verilir. Bu testlərdə bütün komandalar iştirak etmir, lakin İzola əmin edir ki, iştirak edən komandalar heç bir üstünlük əldə etmirlər: “Biz məlumatları bütün komandalarla paylaşırıq. İştirak edənlərə isə əlavə məlumat vermirik. Sadəcə onlardan neçə dövrə vuracaqlarını öyrənir, buna uyğun miqdarda təkər veririk”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*