M.Hyuz: “Kubitsa 98 faiz qayıdacaq”

Britaniyalı jurnalist Mark Hyuz bildirib ki, Robert Kubitsanın gələn il 98 faiz ehtimalla yarışacaq.

F-1.az xatırladır ki, Williams komandasının Kubitsa ilə müqavilə bağladığı iddia edilsə də, Britaniya komandası bunu təkzib etmişdi.

Mark Hyuz: “Bəzi şübhələr olsa da, bu ehtimal 2 faizdir. Belə başa düşdüm ki, tərəflər ödənişlə bağlı bəzi formal məsələləri müzakirə edirlər. Bu problemlər həll olandan sonra Kubitsa gələn il Williams-ın sükanı arxasına keçə bilər.

Robert əgər idmana eyni səviyyədə qayıtsa, bu idman tarixinin ən təəccüblü qayıdış hekayələrindən olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*