M.Hyuz: “Alonso bütün yarışların əfsanəsi olmaq istəyir”

Formula1 jurnalisti Mark Hyuz bildirib ki, Alonsonun artıq əsas hədəfi təkcə Formula1-in yox, avtoidman tarixinin əfsanəsi olmaqdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2005 və ya 2006-cı illərdə Dünya Çempionu olmuş, 2007, 2010 və 2012-ci illərdə isə çempionluğu son yarışda əldən vermişdi. 36 yaşlı sürücü indi də 3 Tac eşqimə düşüb və bu il mayda İndy500-də iştirak etdikdən sonra 24 saatlıq Le Man marafonunda yarışmağa hazırlaşır.

Mark Hyuz: “Artıq 36 yaşı var və bilir ki, çempionluq sayında Sebastyanı keçə bilməyəcək. Buna görə də tarixə başqa formada düşmək istəyir. Həmilton və Fettelə çatmaq üçün vaxtı azdır. İndi F1-dən başqa seriyalarda yarışaraq tarixə düşmək istəyir. O, ikiqat Dünya Çempionu olduğunu bilir və İndy500-lə 24 saatlıq Le Man marafonunu qazanmaq istəyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*