M.Həkkinen stüardların qərarı ilə razı deyil

F-1.az xəbər verir ki, sabiq ikiqat dünya çempionu İnterlaqosda Lyuis Həmilton və Maks Ferstappen arasındakı insidentdən danışıb.

Mika Hakkinen: “Hadisə yarış insidenti kimi görünürdü, amma stüardlar Maksı günahkar hesab etdilər və ona 5 saniyəlik cəza verdilər. Məncə bu səhv idi, çünki ilk döngədə Ferstappen daha öncə idi, ikinci döngəyə isə Həmilton geniş trayektoriya ilə girdi. Heç kim, xüsusilə də, qələbə qazanmağa alışmış sürücülər qəza istəmirlər. Maks ayağını qazdan çəkə bilərdi, lakin biz qərar verməsi üçün olan saniyədən də az bir müddətdən bəhs edirik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*