M.Həkkinen şəhər tipli trasları sevir

Formula1 üzrə ikiqat Dünya Çempionu mika Həkkinen bildirib ki, son illərdə şəhər tipli traslardan çox razıdır.

F-1.az xatırladır ki, son 10 ildə şəhər tipli trasların sayı artıb və belə görünür ki, daha da çoxalacaq.

Mika Həkkinen: “Yeni şəhər tipli traslar əladır. Onlar azarkeşlərə bol əyləncə bəxş edir. Restoranlar, alışveriş mərkəzləri və gözəl otellər…İnsanlar yarışlara balkonlardan və hətta pulları varsa, yaxtalarından baxırlar.

Şəhər tipli traslar komandalar və sürücülər üçün əlavə çətinliklər yaradır. Lakin sürücülərə çətinliklərlə mübarizə etsinlər deyə pul verilir. Nirmal traslarla şəhər tipli traslar arasında balans olmalıdır. Bütün yarışları stasionar traslarda keçirə bilmərik. Eyni zamanda şəhərlərdə də. Şəhər traslarında həmişə məhdudiyyətlər olur. Binaları tərpədə bilmərik, yolu genişlədəmmətik və ya xüsusi döngə düzəltmək olmaz. Ancaq həyatda həmişə istədiyimiz olmur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*