M.Həkkinen: “Rosberqin 4-5 yaşı olanda…”

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, mövsümə 3 qələbə ilə başlayan Niko Rosberq artıq çempion olmağa hazırdır...

F-1.az xatırladır ki, Niko Rosberq bu mövsüm ilk 3 yarışın hamısında qələbə qazanıb və turnir cədvəlindəki ən yaxın izləyicisi Lyuis Həmiltonu 36 xal qabaqlayır.

Mika Həkkinen: “Nikonun 4-5 yaşı olanda əlində kiçik dəbilqəsi ilə ora-bura gəzməyini və “Mən kartinqə getmək istəyirəm” deməyini xatırlayıram. İndi isə onu görəndə, onunla fəxr edirəm.

O həmişə istedadlı idi. Ancaq indi onun bir hədəfi var və “bəli, mən çempion ola bilərəm” deyə bilir”.

Qeyd edək ki, Rosberq və Həkkinenin karyeraları bir-birinə bənzəyir. İkisi də Formula1-də ilk qələbəsini karyeraları başladıqdan 6 il sonra aldılar. Həkkinen ilk çempionluğunu qazanada 30 yaşı var idi və indi Rosberqin də 30 yaşı var.

Mika Həkkinen: “Hər şey bəxtlə olmur. Xüsusən də Formula1-də çempionluğa hazır olmaq üçün çox vaxt lazımdır. Siz çempion olmaq istədiyinizi desəniz də, bu, o demək deyil ki, çempionluğa hazırsınız”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*