M.Həkkinen Rikkardonun yarışından həzz alıb

Sabiq Formula1 sürücüsü Mika Həkkinen Daniel Rikkardonun performansından təsirlənib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Meksikada yarışa 12-ci yerdən başlayıb. O startda Medium təkərləri götürüb və sonradan Soft təkərləri götürüb. Bundan sonra sürətlənən Daniel yarışı 7-ci yerdə bitirib.

Mika Həkkinen: “Daniel Rikkardonun gözəl performansına görə sevinirəm. Gələn il idmanda olmasa belə, istedadını hamıya göstərdi. Yarışın sonlarında Soft təkərlərlə çox sürətli idi və onun ötmələrini izləməkdən həzz aldım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*