M.Həkkinen: Rikkardonun işi çətindir

Sabiq Formula1 sürücüsü Mika Həkkinen düşünür ki, Rikkardonun idmana qayıdışı elə də asan olmayacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-də gözləntiləri qarşılaya bilməmiş və tərəflər vaxtından əvvəl ayrılmağa qərar vermişdilər. Bundan sonra Rikkardo köhnə komandası Red Bull-a üçüncü sürücü kimi getmişdi. Onun hədəfi növbəti mövsüm yarışlara qayıtmaqdır.

Mika Həkkinen: “2001-ci ildə Formula1-dən ayrılmışdım və iki Dünya Çempionluğum var idi. İdmana ara vermək istəyirdim və fürsətim var idi. Lakin Danielin müqaviləsi ləğv olunduğu üçün idmandan getdi. O digər komandalara bir ildən sonra sürətli olacağını necə isbat edəcək?

Formula1-ə yeni sürücülər gəlir. Onlardan sürətli olduğunu necə sübut edəcək? Əgər proqnozum çox bədbindirsə, üzür istəyirəm, amma reallıq budur.

Daniel çətin vəziyyətdədir. Paddokda hamı onu sevir. Onun yaxşı zarafat anlayışı var və azarkeşlərin sevimlisidir. Lakin bütün komandalar güclü sürücü istəyirlər”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*